08:57 23-10-2014
news_image

Dünya çempionatında ilk medal

ABŞ gənc cüdoçular arasında dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, mundialın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Belə ki, tatamiyə çıxan 5 cüdoçumuzdan Mehman Sadıqov 3-cü, Davud Məmmədov (hər ikisi 60 kq) 5-ci yeri tutub. Digər idmançılarımıza gəlincə, Leyla Əliyeva (44 kq) ilə Natiq Qurbanlı 1/8 və Sadiq Məhərrəmov (hər ikisi 55 kq) 1/16 finalda uduzub.

 

Qeyd edək ki, oktyabrın 25-də başa çatacaq dünya çempionatında daha 5 cüdoçumuz gücünü sınayacaq.