15:27 23-10-2014
news_image
476
DİGƏR NÖVLƏR

Prezident İlham Əliyev Avropa Atıcılıq Konfederasiyasının rəhbərini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Avropa Atıcılıq Konfederasiyasının və Rusiya Federasiyası Atıcılıq İttifaqının prezidenti Vladimir Lisini qəbul edib. APA-nın məlumatına görə, görüşdə idmanın müxtəlif növləri, o cümlədən atıcılıq idmanı üzrə ölkəmizdə yüksək standartlara uyğun infrastrukturun yaradıldığı qeyd edilib, mötəbər beynəlxalq idman yarışlarının, eləcə də bu günlərdə Azərbaycanda atıcılıq üzrə Dünya kubokunun final mərhələsinin keçirilməsinin önəmi vurğulanıb.
 

Söhbət zamanı 2015-ci il Avropa Oyunları ilə bağlı məsələlərdən danışılıb, 2017-ci ildə Azərbaycanda keçiriləcək atıcılıq üzrə Avropa çempionatına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığı bildirilib.