16:00 23-10-2014
news_image
350
TOP OYUNLARI

4-cü mərhələdə 4-cü yer qorundu

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Hainan" veloyürüşü davam edir. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən 4-cü mərhələdə iştirakçılar 145.8 km məsafə qət ediblər.

 

Velosipedçilərimizin hamısı - Ənvər Asanov, Elçin Əsədov, Aleksandr Surutkoviç, Maksim Averin, İsmayıl İlyasov, Samir Cəbrayılov və Kristof Şvayzer finişi mərhələ qalibindən 2 saniyə sonra keçən pelotonun içərisində olublar - 3 saat, 16 dəqiqə, 1 saniyə.

Bu nəticə "Synergy Baku"nun komanda hesabında 4-cü pillədəki mövqeyini qorumağa şərait yaradıb. Fərdi sıralanmaya gəlincə, ilk "onluq"da komandamızın 3 üzvü var. Samir Cəbrayılov 8-ci, Aleksandr Surutkoviç 9-cu, 3-cü mərhələdə 2-ci olan Maksim Averin isə 10-cudur.

Sabah keçiriləcək 5-ci mərhələdə velosipedçilər 192,8 km məsafə qət edəcəklər.

 

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group" ASC "Synergy Baku" komandasının baş sponsoru olmaqla Azərbaycanda velosiped idmanının inkişafını dəstəkləyir.