10:18 24-10-2014
news_image
685
STOLÜSTÜ OYUNLAR

Yeni ilin ilk yarışı

Hollandiyanın Veyk-an-Zee şəhərindən şahmat üzrə ənənəvi keçirilən beynəlxalq turnirin 14 iştirakçısından 12-nin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2015-ci il yanvarın 9-25-də baş tutacaq yarışa 2 illik fasilədən sonra azərbaycanlı qrossmeyster də qatılacaq.

 

Belə ki, “12-lik”də Teymur Rəcəbovun da yer alacağı dəqiqləşib. Onun rəqibləri Maqnus Karlsen (Norveç), Fabiano Karuana (İtaliya), Levon Aronyan (Ermənistan), Aniş Qiri, Lyuk Van Veli (hər ikisi Hollandiya), Maksim Vaşye-Laqrev (Fransa), Uesli So (ABŞ), Din Lijyen (Çin), Vasili İvançuk (Ukrayna), İvan Şariç (Xorvatiya) və Hou İfan (Çin) olacaq. Digər 2 şahmatçının adı isə yaxın günlərdə müəyyənləşəcək.  

 

Qeyd edək ki, analoji yarışda sonuncu dəfə Teymur Rəcəbovla, mərhum Vüqar Həşimov mübarizə aparmışdı. 2012-ci ildə baş tutan həmin turnirdə Rəcəbov 2-4-cü yerləri bölüşmuş, Həşimov isə 10-12-ci yerlərə şərik olmuşdu.