09:52 25-10-2014
news_image
666
TOP OYUNLARI

“Rabitə”dən asan qələbə

Qadın voleybolçular arasında Azərbaycan Superliqasına hazırlaşan klublar yoxlama oyunları keçirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz çempionu “Rabitə” digər Bakı klubu “Lokomotiv”i sınağa çəkib.

 

Paytaxt təmsilçilərinin dueli çempionun asan qələbəsi ilə başa çatıb. “Rabitə” “dəmiryolçular”ı 3 setdə məğlub edib - 3:0 (25:16 25:20 25:22).

 

Qaliblərin heyətində Yoana Mahmudova hamıdan çox – 11 xal toplayıb. 25 xal toplayan Havliçkovanın canfəşanlığı isə “Lokomotiv”ə yetərli olmayıb.