10:35 25-10-2014
news_image
722
FUTBOL

19 illik həsrətə son

Çempionlar Liqasının 2015/16 mövsümündə iştirak edəcək daha bir komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İrlandiya çempionu son turda vəlli olub.

 

Finiş öncəsi 32 matçda 72 xal toplayan “Kork siti” liderliyini, həm də qızıl medalları son turda əldən verib. Həlledici matçda liderlə üz-üzə gələn “Dandalk” 1 xallıq fərqi aradan qaldırmaq üçün lazım olan qələbəni əldə edib.

 

İkinci hissədə vurulan 2 qolla qalib gələn Dandalkın eyniadlı təmsilçisi xal hesabını 75-ə çatdırıb. Bununla da 19 illik həsrətə son qoyan komanda tarixinin 10-cu çempionluğunu bayram edib.