09:52 27-10-2014
news_image
1223
TOP OYUNLARI

Millimizin üzvü “Qalatasaray”a qarşı oynadı - FOTO

Qadın voleybolçular arasında Türkiyə Superliqasına start verilib. Apasport.az saytının məlumatına görə, ilk turda Azərbaycan millisinin toppaylayıcısı Anita Bredis “Yeşilyurt”un heyətində debüt edib.

 

Təmsilçimizin komandası “Qalatasaray”ı qəbul edib. Görüş qonaqların asan qələbəsi ilə yekunlaşıb – 3:0 (25:21; 25:17; 25:21). Qarşılaşmanı əvəzedilmədən keçirən Bredis 3 xal toplayıb.

 

Çempionlar Liqasının qrup mərhələsində “Azəryol”un rəqibi olan “Fənərbaxça” da ilk turu qalib kimi başa vurub. İstanbul təmsilçisi “Sarıyer Bld” klubuna heç bir şans verməyib – 3:0 (25:11; 25:15; 25:18).