10:35 27-10-2014
news_image
507
DİGƏR NÖVLƏR

İradə Aşumova Qəbələdə sonuncu oldu

Qəbələdə keçirilən atıcılıq üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, 40 ölkənin qatıldığı yarışda Azərbaycan millisi hələ medal qazana bilməyib.

 

Belə ki, güllə atıcılığı üzrə 25 m məsafəyə atəşaçmada hədəf önünə keçən İradə Aşumova və Ruslan Lunyov ümidləri doğrultmayıb. Onlar müvafiq olaraq, 11 snayper arasında 11-ci və 12 idmançı arasında 9-cu olublar. Həmyerlilərimiz digər məsafələrə atışda iştirak etmədiyindən çıxışlarını bitiriblər.

 

Stend atıcılığının skit növündə ölkəmizi təmsil edən Nurlana Cəfərova da yarışla vidalaşıb. Lakin o finalın bir addımlığında büdrəyib və 7-ci yeri tutub.

 

Qeyd edək ki, skit növündə sonuncu təmsilçimiz Emin Cəfərov bu gün dəqiqliyini yoxlayacaq.