11:51 27-10-2014
news_image

Mançesterdə 1 bürünc medal

Mançester şəhərində teakvondo üzrə keçirilən Qran-Pri turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, reytinq xarakterli yarışa 5 idmançı ilə yollanan Azərbaycan millisi vətənə 1 bürünc medalla qayıdıb. 

Komandamızın heyətində 67 kq çəki dərəcəsində mübarizə aparan Fəridə Əzizova fərqlənib. London-2012-nin iştirakçısı 3-cü yeri tutub. 

Digər cüdoçularımızdan Radik İsayevlə (+80 kq) Gunay Ağakişiyeva (57 kq) ilk, Mikayıl Əliyev (58 kq) ikinci görüşündə məğlub olub. Ramin Əzivov isə 1/4 final cəddini keçə bilməyib.