15:10 27-10-2014
news_image

Boksçularımızın Zaqreb qazancı - FOTOSESSİYA

 

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc boksçular arasında keçirilən  Avropa birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa tam heyətlə qatılan Azərbaycan millisinin qazancı 2 bürünc medal olub.

 

Belə ki, yarımfinala kimi uğurla irəliləyən Məsud Yusifzadə (52 kq) və Məhəmmədəli Tahirov (+91 kq) bu dəfə məğlubiyyətə üzülüblər. Müvafiq olaraq, bolqarıstanlı Daniel Asenov və almaniyalı Peter Kadiruya uduzan həmyerlilərimiz yarışı 3-cü yerdə bitiblər.