10:31 28-10-2014
news_image

Dünya çempionumuz millidən ayrı düşdü

Oktyabrın 31-də Abu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

 

Komandamızın turnirə 11 cüdoçu ilə qatılacaq. Belə ki, Hacıağa Hacıəliyev “Böyük Dəbilqə”də İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Tərlan Kərimov, Vüqar Şirinli (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Abdulhəqq Rəsullu (81 kq), Məhəmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Şahin Qəhrəmanov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans verəcək.

 

O, yeni ailə qurmuş dünya çempionumuz Elxan Məmmədovu (100 kq) səfərə aparmayacaq. Həmçinin, əsas heyət üzvlərimizdən Nicat Şıxəlizadə (66 kq) və Kifayət Qasımova (57 kq) da yarışa qatılmayacaq.

 

Qeyd edək ki, “Böyük Dəbilqə”də 65 ölkədən 401 idmançı mübarizə aparacaq.