22:09 28-10-2014
news_image

Cənubi Afrikadan daha bir idmançının ölüm xəbəri gəldi - FOTO

Daha bir cənubi afrikalı olan idmançı bədbəxt hadisənin qurbanı olub. Apasport.az saytının məlumatına görə, atlet Mbulaeni Mulaudzi və futbolçu Senzo Meyivanın ardından qadın boksçu Findil Muelase də 31 yaşında dünyasını dəyişib.

 

Belə ki, oktyabrın 10-da rinqə çıxan bosçu rəqibi tərəfindən nakaut edilib. Xəstəxanaya aparılan Muelase 2 həftə komada qalıb. Daha sonra həkimlər onun həyatını xilas edə bilməyiblər.

 

Qeyd edək ki, Muelase son 4 gündə ölən 3-cü cənubi afrikalı idmançı olub. Daha əvvəl 2009-cu ildə Berlində keçirilən atletika üzrə dünya çempionatında 800 m məsafədə qızıl medal qazanan Mbulaeni Mulaudzi avtomabil qəzasında dünyasını dəyişib. Futbol üzrə Cənubi Afrika millisinin və “Orlando Pirates” klubun 27 yaşlı qapıçısı Senzo Meyiva da evinə silahlı basqın zamanı açılan güllədən ölüb.