13:13 29-10-2014
news_image
937
TOP OYUNLARI

“Azərreyl”də 2 yeni müqavilə - FOTO

“Azərreyl” Azərbaycan millisinin daha 2 oyunçusu ilə müqaviləni yeniləyib. Apasport.az saytının məlumatına görə, yığmamızın bazası olan komanda 16 yaşlı libero Leyla Parşkova və 21 yaşlı blokçu Kseniya Pavlenko ilə razılaşmanı uzadıb.

 

Onlar yeni mövsümdə də “Azərreyl”in uğurları üçün çalışacaqlar.

 

Qeyd edək ki, bununla da “Azərreyl”də oyunçuların sayı 11-ə çatıb. Bakı klubu onlara kimi Yuliya Pşeniçnıx, Aynur Kərimova, Şəfaqət Həbibova, Yuliya Kərimova, İrina Makarenko (hamısı Azərbaycan), Karla Kotita (Rueda, Peru), Nasya Dimitrova (Bolqarıstan), Oksana Kovalçuk (Belarus) və Olqa Savençukla (Ukrayna) müqavilə bağlayıb.