11:33 30-10-2014
news_image
776
TOP OYUNLARI

Azərbaycan çempionatının mükafatçıları yeni mövsümə qatılmadılar

Noyabrın 1-də kişi basketbolçular arasında XXII Azərbaycan çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, ötən mövsüm maraqsız keçən yarışın bu dəfə əvvəlki gücünü qaytaracağını proqnozlaşdırmaq olar.

 

Belə ki, dairəvi sistemlə təşkil olunacaq çempionat artıq 6 deyil, 8 komandanın iştirakı ilə keçiriləcək. Bu klublar arasında “Bakı”, “Dərviş” və “Baku Oilers” debütantdı. Həmçinin, “Araz-Naxçıvan”la NTD yenidən yarışa qatılmağa qərar verib. Ötən ilki yarışdan isə çempion “Qala” ilə yanaşı, AZTOP və BDU-da çempionatda iştiraklarını təsdiqləyiblər.

 

2013/2014 mövsümünün gümüş medalçısı “NTL-Maxxis”, üçüncüsü “Gəncə” və sonuncusu ADBTİA yarışdan kənar qalıblar.

 

Qeyd edək ki, çempionatın oyunları "The Club Port Baku"nun idman zalında olacaq.