15:30 30-10-2014
news_image
1383
TOP OYUNLARI

Polina Rəhimovadan fantastik oyun: Bir dəfəyə 53 xal!

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova “Hyundai”nin heyətində ikinci oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Cənubi Koreya çempionatında növbəti dəfə öz gücünü nümayiş etdirib.

 

Belə ki, GS klubunun qonağı olan “Hyundai” əzmkarlıq sayəsində oyunun axarını dəyişib. Komanda 1:2 hesabı ilə geridə olsa da, tay-brekdə rəqibini məğlub edib - 3:2 (26:24, 20:25, 17:25, 25:22, 15:13). Qələbədə isə əsas pay sahibi Polina olub. Debütdə 38 dəqiq zərbə ilə bombardir olan təmsilçimiz bu dəfə komandasına nə az, nə çox – 53 xal qazandırıb. Bu isə təxminən 2 setdən çoxdu.

 

Rəhimova bununla özünün sahib olduğu Azərbaycan rekordunu da yeniləyib. 2011-ci ildə “Azərreyl”in “Uraloçka” ilə “Çelenc Cup” çərçivəsində baş tutan oyununda da hücumçumuz 48 xal toplamışdı. Həmin nəticə Azərbaycan qadın voleybol tarixinin ən yüksək nəticəsi idi. Bu dəfə həmin nəticədən 5 xal çox toplayan idmançımıza dünya rekordunu təkrarlamağa 4 xal kifayət etməyib.

 

Elitsa Vasilyevaya məxsus dünya rekordu 57 xala bərabərdi. Bolqarıstanlı hücumçu məhz Cənubi Koreya çempionatının 2013/2014 mövsümündə inanılmaz nailiyyətə imza atmışdı.

 

Dünya sıralamasına 5-ci nəticə ilə daxil Polina bu göstəricini daha 2 voleybolçu ilə bölüşür. 53 xalla 5-7-ci olan bu “üçlük” yalnız təmsilçimizin indi çıxış etdiyi liqada qeyd alınan 4 göstəricidən geri qalır.

 

Qeyd edək ki, rəqiblərindən 2 oyun az keçirən “Hyundai” hazırda 5 xalla 3-cü pillədə qərarlaşıb. Lider “Huenqkuk”un isə 4 görüşdən 8 xalı var.