12:33 31-10-2014
news_image
1341
DÖYÜŞ NÖVLƏRİ

Yığmamızın heyəti açıqlandı

Sabah Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda 33 ölkənin 254 idmançısının iştirak etməsi gözlənilir.

 

13 çəki dərəcəsi üzrə keçiriləcək qitə birinciliyində milli komandamız tam tərkibdə mübarizə aparacaq.

 

Baş məşqçi Rasim Məmmədovun rəhbərliyi altında Anapada 13 boksçumuz rinqə çıxacaq. Yığma komandamızın tərkibinə Ruslan Rüstəmov (46 kq), Malik Həsənov (48 kq), Sərxan Əliyev (50 kq), Ramazan Abdullayev (52 kq), Süleyman Məhərrəmov (54 kq), Bəxtiyar Qazıbəyov (57 kq), Seymur İsayev (60 kq), Pərviz Quliyev (63 kq), Elxan Əliyev (66 kq), Rasim Çobanlı (70 kq), Nurlan Qurbanlı (75 kq), Şamil Səfərəliyev (80 kq) və Məhəmməd Abdullayev (+80 kq) daxil edilib.

 

Avropa birinciliyində ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək. “Vityaz” İdman Sarayında keçiriləcək yarışa noyabrın 8-də yekun vurulacaq.