18:35 01-11-2014
news_image
1172
TOP OYUNLARI

“Rabitə” mövsümə qələbə ilə başladı - YENİLƏNİB

Qadın voleybolçular arasında Azərbaycan Super Liqası start götürüb. Apasport.az saytının xəbərinə görə, 2014/2015 mövsümünün açılış matçında son ölkə çempionu “Rabitə” və “Azərreyl” üz-üzə gəlib.

 

Qarşılaşma gözlənildiyi kimi, “rabitə”çilərin üstünlüyü şəraitində keçib. Dejan Brdjoviçin komandası ilk setdə 25:20 hesablı qələbə qazanıb. Növbəti iki setdə də rəqibinə  güzəştə getməyən son çempion mövsümə 3 xalla başlayıb.

 

“Rabitə” – “Azərreyl”  - 3:0 (25:20, 25:22, 25:22)
“Gənclik” Olimpiya İdman Kompleksi


Qeyd edək ki, turun digər – “Azəryol” – “Lokomotiv” matçı sabah olacaq.