14:03 01-11-2014
news_image
1345
TOP OYUNLARI

Serbiyalı nazir və səfir hansı komandamıza baş çəkdi?

Serbiyanın gənclər və idman naziri Vanja Udovic və bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Neboyşa Rodiç “Azəryol” voleybol klubunu ziyarət ediblər. Apasport.az saytının məlumatına görə, qonaqlar bu gün komandanın bazasına baş çəkərək, infrastrukturla tanış olublar. 


Udoviç və Rodiç ardınca klubun prezidenti Cavid Qurbanovla görüşüblər.

 

Qarşılıqlı fikir mübadiləsi aparıldıqdan sonra komandanın uğurları və gələcək planları barədə ətraflı müzakirələr aparılıb. Qonaqlar öz növbəsində bildiriblər ki, komanda onlara göstərilən bu diqqət və qayğının qarşılığını titullarla verməlidi.

Serbiyalı rəsmilər “Azəryol”un heyətində olan həmyerliləri Yelena Nikoliç və Yovana Brakoçeviçlə də fikir mübadiləsi aparıblar. Yığmalarının əsas voleybolçuları olan Yelena və Yovana klubdakı şəraitdən razı olduqlarını, mövsümü uğurla başa vuracaqlarına söz veriblər.

Sonda nazir və səfir “Azəryol”a uğurlar arzulayaraq, mübarizə aparacaqları Super Liqanı və Çempionlar Liqasında uğur qazanacağına inam ifadə edib.