11:56 04-11-2014
news_image
763
TOP OYUNLARI

Azərbaycanda oynayan asiyalılar Avropa klublarına lazım olmadı

Tarixin yaddaşına köçən “İqtisadçı”nın daha 3 voleybolçusu özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, Tailand millisinin aparıcı üzvləri - Vilavan Apinyaponq, Pleumjit Zinkaov və Vanna Buakeva karyeralarını vətənlərində davam etdirəcəklər.

 

Belə ki, Avropa heç kimə lazım olmayan asiyalılardan Zinkaov “Banqkok Qlass”la, Buakeva “İdea Xonkaen” və Apinyaponq “Naxon Ratçasima” klubları ilə anlaşıblar. Onlar artıq 1 illik rəsmi müqaviləyə də imza atıblar.

 

Qeyd edək ki, son 3 ili Azərbaycan klubunda keçirən tailandlılardan Onuma Sittirak Yaponiyanın II dəstəsində oynayan “Marvelouz”a transfer olunmuşdu.