12:50 04-11-2014
news_image
512
DİGƏR NÖVLƏR

Veteran velosipedçimiz dünyasını dəyişdi

Azərbaycan idmanına ağır itki üz verib. Apasport.az saytının məlumatına görə, veteran velosipedçi Ələddin Şabanov 70 yaşında dünyasını dəyişib. O, bu gün dəfn olunacaq.

 

İdman ustası olan Şabanov pedaqoji elmlər namizədi idi. O, 50-dən artıq elmi məqalənin müəllifi, müxtəlif konfrans və simpoziumların iştirakçısı olmuşdu.

 

Azərbaycan Velosiped İdmanı Federasiyası ölkəmizdə velosiped idmanının inkişafında xüsusi xidmətləri olmuş Ələddin Şabanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!