17:34 04-11-2014
news_image
992
TOP OYUNLARI

Azərbaycan çempionatınında təqvim dəyişikliyi

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, noyabrın 7-də baş tutacaq II turun oyunların yeri dəyişdirilib.

 

Belə ki, günə nəzərdə tutulduğu kimi “Azərreyl” – “Lokomotiv” görüşü ilə start verilməyəcək. Turun ilk qarşılaşmasında “Telekom” “Rabitə” ilə üz-üzə gələcək. “Dəmiryolçular”ın dueli isə bu oyunun ardınca reallaşacaq.

 

Matçların saatı isə dəyişilməz qalıb. İlk oyun saat 16:00-da, ikinci görüş 18:00-da başlayacaq.

 

Qeyd edək ki, dəyişikliyə canlı yayım səbəb olub.