21:26 04-11-2014
news_image

Kliçko Pulevlə döyüşə hazırlığını davam etdirir - FOTO

Ukraynadan olan ağır çəkili idmançı Vladimir Kliçko bolqarıstanlı boksçu Kubrat Pulevlə noyabrın 15-də baş tutacaq döyüşə hazırlaşır. Apasport.az saytının məlumatına görə, Kliçko Beynəlxalq Boks Federasiyası (IBF), Ümumdünya Boks Təşkilatı (WBO) və Ümumdünya Boks Assosiasiyasının (WBA) versiyaları üzrə üç çempion titulu qorumaq üçün məşqçi Conatan Benksanın rəhbərliyi altında məşqlərini davam etdirir.

 

Qeyd edək ki, ukraynalı bokçunun Kubrat Pulevlə döyüşü Almaniyanın Hamburq şəhərində keçiriləcək.