09:14 05-11-2014
news_image
529
TOP OYUNLARI

Rəqibimiz sevindi, yığmamızın oyunçusu üzüldü - FOTO

Qadın voleybolçular arasında Türkiyə Super Liqasında III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin toppaylayıcısı Anita Bredisin şərəfini qoruduğu “Yeşilyurt” “Bursa BB” klubunu qəbul edib.

 

Qarşılaşma qonaq komandanın asan qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin əsas heyətdə çıxdığı matçda komandası 0:3 (12:25; 19:25; 14:25) hesabı ilə uduzub.

 

Çempionlar Liqasında “Azəryol”un rəqibi olan “Fənərbaxça” isə 3-cü 3 xalına sevinib. İstanbul təmsilçisi “İdmanocağı”na 3:0 (25:21; 25:19; 25:21) hesabı ilə qalib gəlib.

 

III turdan sonra “Fənərbaxça” 9 xalla lider, hələ xalsız olan “Yeşilyurt” sonuncudur.