13:31 05-11-2014
news_image
492
DİGƏR NÖVLƏR

6-cı mərhələyə 2-ci yerdə - FOTO

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçirilən sayca 5-ci "Tour of Taihu Lake" yürüşündə çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarışın bu gün keçirilən 5-ci mərhələsində iştirakçılar 129 km məsafə qət ediblər.

 

4-cü mərhələdə olduğu kimi, bu dəfə də velosipedçilərimizdən ən yüksək nəticəyə Maksim Averin imza atıb. Həmyerlimiz finişi mərhələ qalibi ilə eyni vaxtda keçib və fotofinişə əsasən 7-ci olub - 2 saat, 51 dəqiqə, 37 saniyə.

 

Digər təmsilçilərimiz - Aleksandr Surutkoviç, Elçin Əsədov, İsmayıl İlyasov, Samir Cəbrayılov və Ənvər Asanov da mərhələni ilk pelotonda başa vurublar.

 

5 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, ilk 20-likdə komandamızın 3 üzvü yer alır: Cəbrayılov 12-ci, Surutkoviç 15-ci, Averin isə 18-cidir.

 

Yürüşün 23 yaşadək velosipedçiləri arasında Cəbrayılov 4-cü pillədədir. O, liderə cəmi 13 saniyə uduzur. İlyasov 10-cu, Asanov isə 13-cü yerdə qərarlaşır. Komanda hesabında "Synergy Baku" 2-ci yerdəki mövqeyini qoruyur. Sabah keçiriləcək 6-cı mərhələdə iştirakçılar 113 km məsafə qət etməlidirlər.

 

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.