09:28 06-11-2014
news_image
394
TOP OYUNLARI

Rəqibimizdən asan qələbə

Qadın voleybolçular arasında Polşa Orlen Liqasında II turun təxirə salınmış oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan matçda Çempionlar Liqasında “Rabitə”nin rəqibi “Ximik” “İmpel”i sınağa çəkib.

 

Evdə oynayan Polşa çempionu asan qələbə qazanıb – 3:0 (25:17; 25:17; 25:23). Bu qələbə “Ximik”i turnir cədvəlində II pilləyə yüksəldib. Aktivində 14 xalı olan rəqibimiz lider “Mujinyanka”dan 1 xal geri qalır.

 

Qeyd edək ki, “Ximik” Çempionlar Liqasının ilk turunda məhz Azərbaycan çempionunu qəbul edəcək. Görüş noyabrın 12-də olacaq.