10:48 06-11-2014
news_image
856
DİGƏR NÖVLƏR

“Qarabağ” – “Dnepr”: Kim şanslıdı?

“Topaz” Avropa Liqasının qrup mərhələsinin IV turunun əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru tur çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - “Dnepr” (Ukrayna) oyununa da pul qoyuluşu qəbul edəcək.

 

Ağdam təmsilçisi səfərdə baş tutan ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gəlsə də, “Topaz” yenə rəqibi daha şanslı sayır. Belə ki, “Qarabağ”ın qələbə qazanması 2,95 əmsalla qiymətləndirildiyi halda, rəqibin 3 xala sevinməsinə 2,00 əmsal verilib. Görüşdə heç-heçə proqnozlaşdıranlar isə əmanətlərini 3,20 dəfə artırmaq imkanına malikdirlər.