18:52 06-11-2014
news_image
927
TOP OYUNLARI

Liderlər növbəti qələbə arzusunda

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasının II turu keçiriləcək. Apasport.az saytının məlumatına görə, günə Gənclik Olimpiya İdman Kompleksində start veriləcək.

 

Belə ki, turun ilk görüşündə “Telekom” Azərbaycan çempionu “Rabitə” ilə gücünü yoxlayacaq. Qarşılaşmanın çox gərgin alınacağı gözlənilən deyil. Çünki “Rabitə”nin ilk turda olduğu kimi farmklubunu da məğlub edəcəyi və xal itirməyəcəyi proqnozlaşdırılır.

 

“Telekom”un ciddi müqavimət göstərməsi də sensasiya olmayacaq. Eldar Yusubovun komandaya qayıtdığından və kluba yeni oyunçular cəlb olunduğundan mövsümün ilk matçında güclərini ortaya qoymağa çalışacaqlar.

 

Tura “Azərreyl” - “Lokomotiv” matçı ilə yekun vurulacaq. Nominal qonaqlar aşkar favorit olsalar da, Vüqar Əliyevin yetirmələri ilk xallarını qazanmağa çalışacaqlar. Bu azmış kimi, onlar “böyük bacılar”ı - “Azəryol”un qisasını almağı da hədəfləyiblər.

 

Təbii ki, “Lokomotiv” də görüşə qələbə üçün çıxacaq. Yeni mövsümə iddialı başlayan və bunu davam etdirmək arzusunda olan komandanın CEV kuboku öncəsi planlarına xal itirmək daxil deyil. Onların güclü heyəti ilə yanaşı, fanat ordusunun olması da xeyirlərinə işləyən amildir. Matçın taleyinin 4 setdə həll olunacağı gözlənilir. Amma “Lokomotiv”in “quru hesab”la qalib gəlməsi də istisna olunmur.  

 

7 noyabr

II tur

16:00. “Telekom” - “Rabitə”

Gənclik Olimpiya İdman Kompleksi

 

18:00. “Azərreyl” – “Lokomotiv”

Voleybol Mərkəzi

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

1

1

0

1

0

0

0

0

0

3-0

75-64

3

2.

Lokomotiv

1

1

0

0

0

1

0

0

0

3-2

114-110

2

3.

Azəryol

1

0

1

0

0

0

1

0

0

2-3

110-114

1

4.

Telekom

0

0

0

0

0

0

0

0

0

0

0

0

5.

Azərreyl

1

0

1

0

0

0

0

0

1

0-3

64-75

0

 

Qeyd edək ki, bu turda “Azəryol” istirahət edəcək.