12:50 07-11-2014
news_image
601
TOP OYUNLARI

Azərbaycan çempionunun sifariş ərizəsi - FOTO

“Rabitə” Çempionlar Liqasında növbəti sınaq üçün yekun heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan Dejan Brdjoviçin komandası 18 voleybolçu sifariş edib.

 

Azərbaycan çempionu ilkin heyətlə müqayisədə dəyişiklik də edib. Belə ki, libero Heyli Yakobu “Telekom”a göndərən Bakı təmsilçisi onun əvəzinə Vinnifer Fernandez komandaya cəlb edib. Həmçinin, Bəyaz Əliyeva da “Rabitə” üçün sifariş olunub.

 

Komandanı oyunlara kapitan kimi isə Aurea Kruz çıxaracaq.

 

Qeyd edək ki, Brdjoviçin köməkçisi vəzifəsini isə Vasif Talıbov yerinə yetirəcək.

 

“Rabitə”nin heyəti

 

1. Salas Vilma Rosell, 3. Yelizaveta Səmədova, 4. Yoana Palasio Mendoza, 5. Nataşa Krsmanoviç, 6. Tori Dikson, 7. Xiselye da Silva Franko, 8. Aurea Kruz, 9. Brenda Kastillo, 10. Ana Kleger, 11. Olina Həsənova, 12. Françeska Ferretti, 13. Nutsara Tomkom, 14. Bəyaz Əliyeva, 14. Kristina Yaqubova, 15. Vinnifer Fernandez, 16. Foluke Akenradevo, 17. Katarjina Skovronska, 18. Dora Horvat.