13:06 07-11-2014
news_image
817
TOP OYUNLARI

Qurban Qurbanov xəsarət alan azarkeşə baş çəkdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən axşam Avroliqanın qrup mərhələsinin IV turunda baş tutan "Dnepr"lə oyundan öncə Tofiq Bəhramov adına Respublika stadionun qapılarından birinin aşması nəticəsində xəsarət alan Miriyev Samir Valeh oğluna baş çəkib. Apasport.az saytının məlumatına görə, o, matçdan sonra keçirilən mətbuat konfransı bitdikdən sonra təxminən 02:30 radələrində 1 saylı Şəhər Klinik xəstəxanasına yollanıb.

 

Samir Miriyevi ziyarət edən ağdamlıların çalışdırıcısı onun vəziyyəti ilə maraqlanıb. Qurbanov azarkeşə şəfa diləyib. Məlumatı saytımıza “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov verib.