10:03 08-11-2014
news_image
858
TOP OYUNLARI

Bakı klubu üçün xorvat gəlir

Qadın voleybolçular arasında “Çelenc Cup”ın II təsnifat mərhələsini idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) “Azərreyl”in Avstriya “İnnisbruk”u ilə duelini Boyan Bardiçlə  (Xorvatiya) Kristian Vanaveskiyə (Estoniya) həvalə edib.

 

Belə ki, hər 2 qarşılaşma 2 gün ərzində Bakıda keçiriləcəyindən bu ədalət təmsilçiləri iş başında olacaqlar. Noyabrın 11-də əsas hakim funksiyasını Bardiç, 1 gün sonra isə Vanaveski yerinə yetirəcək.

 

Qeyd edək ki, hər 2 görüş Voleybol Mərkəzində olacaq.