10:36 08-11-2014
news_image
513
TOP OYUNLARI

Rəqibimiz “Altılar finalı”nda

Kazanın “Dinamo” voleybol klubu Rusiya kubokunun “Altılar finalı”na yüksəlib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında “Rabitə”nin rəqibi olan şimal qonşularımız qrup mərhələsini lider kimi başa vurub.

 

Belə ki, “Dinamo” “Proton” (25:15; 25:19; 25:10), “Ufimoçka” (15:25; 19:25; 6:25), “Politex” (25:16, 25:19, 25:14) və “Fortuna”ya (25:15; 28:26; 25:16) “quru hesabla” qalib gəlib.

 

Onların “Altılar finalı”ndakı rəqiblərindən isə hələlik 4-ü məlimdir.

Bunlar Moskva və Krasnodar “Dinamo”ları, “Omiçka” və “Severyanka”dır. Çempionlar Liqasının qalibi növbəti mərhələ uğrunda görüşlərini dekabrın 25-29-da oynayacaq.