10:50 08-11-2014
news_image
2031
TOP OYUNLARI

Natalya Məmmədova: Onlar borcumu verməsələr, sanksiyalar olacaq

“Oktyabrın 31-də klub hesabıma 95 min avro köçürüb. Lakin məhkəmənin qərarı ilə “Omiçka” mənə 170 min 910 avro ödəməlidir”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova deyib.

 

31 yaşlı hücumçumuz Rusiya “Omiçka”sından borcunun bir hissəsini alıb. Lakin mövsümlərarası fasilədə “Volero”ya transfer olunan Məmmədova Omsk təmsilçisindən son qəpiyinə kimi alacağını bildirib.

 

O, “Р-Спорт” açıqlamasında məhkəmənin “Omiçka”ya vaxt qoyduğunu da deyib: “Deməli, klub hələ mənə 75 min 910 avro borcludur. Bu pulu noyabrın 26-na qədər verməlidir. Əgər onlar bunu etməsələr, müəyyən sanksiyalar olacaq. Klub rəhbərliyi məhkəmə bildirişini aldıqlarından bu barədə məlumatlıdırlar”.

 

Qeyd edək ki, "Omiçka" Məmmədovaya ötəm mövsümdən borclu qalıb. Lakin az öncə klubun baş direktoru Andrey İvanov bütün borcların ödənildiyini bildirmişdi.