13:21 08-11-2014
news_image

Yığmamız Avropa çempionatı üçün heyətini açıqladı

Noyabrın 27-də Türkiyədə parataekvondo üzrə Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, cəmi 1 gün çəkəcək və 6 çəki dərəcəsində (müxtəlif kateqoriyalar üzrə) idmançıların qatılacağı yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

 

Komandamızın baş məşqçisi Əvəz Tağıyev 3-cü Avropa çempionatında Anar Hüseynov, Şamil Kərimov, Devran Məsənov, Namiq Abbasov, Rövşən Qəhrəmanlı (hamısı 61 kq), Nicat Müslimov, Rövşən Rzayev, Əbülfəz Abuzərli (hər üçü 75 kq), Aleksandr Poleşuk,  Vüsal İsmayılov (hər ikisi +75 kq), Bahar Şıxəliyeva (49 kq) və Aynur Məmmədovaya (58 kq) şans verəcək.

 

Qeyd edək ki, yığmamız hazırda Bakıda təlim-məşq toplanışındadır.