16:01 08-11-2014
news_image
411
DİGƏR NÖVLƏR

"Tour of Taihu Lake" başa çatır

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçirilən sayca 5-ci "Tour of Taihu Lake" yürüşündə çıxışını başa vurmaq üzrədir. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən 8-ci mərhələdə iştirakçılar 114 km məsafə qət ediblər.

 

Velosipedçilərimizin hamısı finişi mərhələ qalibindən 10 saniyə sonra keçən pelotonun içərisində olublar - 2 saat, 41 dəqiqə, 45 saniyə. Fotofinişə əsasən ən yüksək göstərici Elçin Əsədova məxsusdur - 7-ci yer.

 

8 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, ilk 20-likdə komandamızın 4 üzvü yer alır: Samir Cəbrayılov 14-cü, Aleksandr Surutkoviç 17-ci, Elçin Əsədov 18-ci, Maksim Averin isə 20-cidir.

 

Yürüşün 23 yaşadək velosipedçiləri arasında Cəbrayılov 4-cü pillədədir. O, liderə cəmi 2 saniyə uduzur. İsmayıl İlyasov 7-ci, Ənvər Asanov isə 11-ci yerdə qərarlaşır. Komanda hesabında "Synergy Baku" 4-cü pillədədir. Sabah keçiriləcək sonuncu, 9-cu mərhələdə iştirakçılar 90.4 km məsafə qət etməlidirlər.

 

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.