19:05 08-11-2014
news_image
962
TOP OYUNLARI

“Çempionlar Liqasının bu mövsümündə ən yaxşı nəticəmizə imza atacağıq”

“Azəryol”un baş məşqçisi Aleksandr Çervyakov Çempionlar Liqasının 2014/2015 mövsümü ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisində də çalışan mütəxəssis iddialı danışıb.

 

O bildirib ki, əsas məqsədləri yeni mövsümü uğurla başa vurmaqdır: “Ümid edirik ki, Çempionlar Liqasının bu mövsümündə ən yaxşı nəticəmizə imza atacağıq. Komandamızda güclü oyunçular cəmləşib. Onlar bacarıqlarını göstərməyə, yeni uğurlar qazanmağa çalışacaqlar”.

 

Qeyd edək ki, “Azəryol” Çempionlar Liqasında “Ştiinta” (Rumıniya), “Nant” (Fransa) və “Fənərbaxça” (Türkiyə) ilə eyni qrupda yer alıb.