14:23 10-11-2014
news_image
665
TOP OYUNLARI

“Komandamızda motivasiya çox yüksəkdi”

“Bir aydan az müddətdi ki, bir araya yığılıb hazırlıqlara start vermişik. Lakin qarşıdakı hər bir matça tam hazır olmağa çalışırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət “Rabitə” klubunun baş məşqçisi Dejan Brdjoviç deyib.

 

Avrokubok mövsümünün startı öncəsi baş tutan mətbuat konfransında təcrübəli mütəxəssis Çempionlar Liqası iddiaları haqda danışıb: “Komandamızda motivasiya çox yüksəkdi. Mən həm bundan, həm də yetirmələrimin necə çalışmasından tam razıyam. Lakin ideal vəziyyətdə olmaq üçün bizə hələ vaxt lazımdı. Amma voleybolçularıma inanıram və bu heyətə tam güvənirəm”.

 

Qeyd edək ki, “Rabitə” I turda Polşada “Ximik”in qonağı olacaq.