14:41 10-11-2014
news_image
805
TOP OYUNLARI

Avrokubok mövsümünə start

Sabah Azərbaycan klubları üçün yeni avrokubok mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, ölkəmizi qitə miqyaslı turnirlərdə təmsil edən 4 komandadan mübarizəyə hamıdan öncə “Azərreyl” qoşulacaq.

 

Qadın voleybolçular arasında “Çelenc Cup”a II təsnifat mərhələsindən qoşulacaq Bakı klubu artıq sabah ilk matçda qüvvəsini sınayacaq. Avstriya “İnnisbruk”u ilə münasibətlərini aydınlaşdıracaq təmsilçimiz cütün favoriti sayılır.

 

Voleybol ölkəsi kimi tanınmayan Avstriya təmsilçisi hər iki oyunu səfərdə keçirməyə razı olmaqla da taleyi ilə barışmış təsiri bağışlayır. Belə ki, hər 2 qarşılaşma 2 gün ərzində Bakıda keçiriləcək. Bu üzdən matçları da eyni rerferilər idarə edəcək.

 

Voleybol Mərkəzində baş tutacaq matçlarda ədaləti Boyan Bardiçlə  (Xorvatiya) Kristian Vanaveskiyə (Estoniya) qoruyacaq. Hər iki matç ölkəmizdə keçirilsə də, ilk qarşılaşmada avstriyalılar nominal meydan sahibi sayılacaq.

 

Qeyd edək ki, Azərbaycanın digər təmsilçilərindən “Rabitə” və “Azəryol” Çempionlar Liqası, “Lokomotiv” CEV kubokunda çıxış edəcək.

 

“Çelenc Cup”

II təsnifat mərhələsi

11 noyabr

18:00. “İnnsbruk” (Avstriya) – “Azərreyl” (Azərbaycan)

12 noyabr

15:30. “Azərreyl” (Azərbaycan) - “İnnsbruk” (Avstriya)