15:51 11-11-2014
news_image
842
TOP OYUNLARI

Avrokubokdan-avrokuboka peyda olan komandamız heyətini açıqladı

Qadın həndbolçular arasında “Çelenc Cup”ın III təsnifat mərhələsindən mübarizəyə qoşulacaq ABU klubu heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, avrokubokdan-avrokuboka peyda olan Bakı təmsilçisi yeni mövsümdə 19 idmançının xidmətindən yararlanacaq.

 

Belə ki, komandanın baş məşqçisi Konstantin Ruvinski Serbiyanın “Srvena Zvezda” klubu ilə noyabrın 15-16-də təşkil olunacaq oyunlarda Marta Abbasova, Günel Əliyeva, İrina Qasımova, Yana Qornak, Anna Cəfərova, Vəfa Məmmədova, Mədinə Musayeva, Səkinə Musayeva, Səbinə Mustafayeva, Səbinə Nuriyeva, Oksana Orexova, Olqa Poqonina, Hülya Poladova, Elnarə Rudenko, Ülviyyə Şərifova, Səbinə Smaqina, İnarə Yusubova, Səbinə Deqtiaryeva və Aynur Kalmıkovaya güvənəcək. Bu həndbolçulardan axırıncı ikisi debütantdır. Deqtiaryeva Orexova kimi rusiyalı olduğu halda, Kalmıkova artıq millimizin üzvüdür.

 

Qeyd edək ki, yeni mövsüm üçün 2 oyunçu cəlb edildiyi halda, Marina Tankaskaya, Kristina Yeryomina və Polina Yakutis artıq ABU ilə yollarını ayırıb.