18:33 11-11-2014
news_image
498
TOP OYUNLARI

“Rabitə” ilə oyun öncəsi azarkeşlərə səsləndi - FOTO

“Ölkə çempionatında birinci pillədə qərarlaşdığımız üçün xoşbəxtəm. Lakin Çempionlar Liqasında sabah debüt edəcəyik ki, bu da bizim üçün yeni turnirdi”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Ximik” klubunun voleybolçusu Anna Verblinska deyib.

 

Komandasının kapitanı Çempionlar Liqasında “Rabitə” ilə oyun öncəsi fikirlərini açıqlayıb. Verblinska bildirib ki, qitənin ən nüfuzlu klub turnirində ölkə çempionatındakı uğuru davam etdirmək arzusundadılar: “Həyəcanverici oyunlarla dolu maraqlı bir yarış izləyəcəyik. Düşünürəm ki, emosiyalar yüksək səviyyədə olacaq və əminəm ki, azarkeşlərimiz bizim 7-ci “oyunçumuz” qismində çıxış edəcək. Onlar bizi qələbəyə həvəsləndirəcəklər”

 

Qeyd edək ki, sabah baş tutacaq “Ximik” – “Rabitə” matçı saat 21:00-da başlayacaq.