18:51 11-11-2014
news_image
658
TOP OYUNLARI

“Azərbaycan çempionu ilə matç üçün start heyətimiz müəyyənləşib”

“Muşina” klubu ilə yoxlama görüşlərində bütün qızların oyununu nəzərdən keçirmək istəyirdim. Qarşıdakı matçlar üçün onların mümkün qədər yaxşı hazırlaşmasına çalışdım”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Ximik” klubunun baş məşqçisi Cüzeppe Kuçarini deyib.

 

İtaliyalı mütəxəssis Çempionlar Liqasının startı öncəsi növbəti dəfə mətbuata açıqlama verib. O bildirib ki, “Ximik”in debüt edəcəyi yarışda artıq start heyəti dəqiqləşib. Lakin Kuçarini adları mətbuatdan gizlədib: “Rabitə” ilə matç üçün start heyətimiz müəyyənləşib. Mən bu gün yekun hazırlıqdan sonra bunu açıqlayacam”.

 

Qeyd edək ki, “Ximik” – “Rabitə” oyunu sabah olacaq.