22:24 12-11-2014
news_image
2137
TOP OYUNLARI

"Rabitə"dən gözlənilməz başlanğıc

Bu gün start götürən qadın voleybolçular arasında Çempionlar Liqasında ikinci Azərbaycan təmsilçisi də mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz ölkə çempionu “Rabitə” yeni mövsümün ilk sınağına Polşada çıxıb.

 

Komandamız bu ölkənin ən güclüsü “Ximik”lə görüşdə qüvvəsini sınayıb. Rəqibimizin ötən mövsüm qızıl medallara yiyələnməsi və bu uğuru yenə davam etdirməsi matçın gərgin keçəcəyindən xəbər verirdi.

 

Lakin gözlənilənlərin əksinə, "Rabitə" matça inamlı balşasa da, ardını gətirə bilməyib. 7 top öndə olan komandamız yekunda ilk seti 3 top fərqi ilə uduzub. Çempionlar Liqasının qrup mərhələsində nadir hallarda məğlub olan “Rabitə” ikinci hissədə üstünlüyü ələ almağa çalışsa da, istəyinə nail ola bilməyib. Bu dəfə Dejan Brdjoviçin yetirmələri rəqibdən zəif olublar - 19:25.

 

Üçüncü setdə də üstün tərəfə olan “Ximik” komandamıza heç bir şans verməyib. Polşalılar 25:18 hesabı ilə qalib gələrək, “Rabitə”nin mövsümü məğlubiyyətlə başlamasına səbəbkar olub.

 

Çempionlar Liqası

12 noyabr

I tur

A qrupu

“Ximik” (Polşa) – “Rabitə” (Azərbaycan) - 3:0 (25:22; 25:19; 25:18)

Hakimlər: Jolt Mezöffi (Macarıstan), Ahti Huntaniska (Finlandiya)

Şetsin. Vidoviskovo sarayı

 

Qeyd edək ki, qrupumuzun digər matçında yarışın son qalibi olan Kazan “Dinamo”su Rusiyada Çexiya çempionu “Agel”i qəbul edəcək.