16:43 12-11-2014
news_image
1179
TOP OYUNLARI

"Azərreyl" 1/16 finalda!

Bu gün qadın voleybolçular arasında “Çelenc Cup”ın ll təsnifat mərhələsində ilk qalibin adı bəlli olub. Apasport.az saytının məlumatına görə, bu yarışda ölkəmizi təmsil edən “Azərreyl” Avstriya təmsilçisi “İnsbruk” səddini aşaraq, 1/16 finala vəsiqə qazanıb.

 

Bakıda keçirilən ilk oyunda nominal qonaq qismində çıxış edən Vüqar Əliyevin yetirmələri rəqibini 3:0 hesabı ilə darmadağın etdiyindən cavab matçı daha çox formal xarakter daşıyıb.

 

Belə ki, bu dəfə azarkeşləri üçün şou göstərən komandamız ilk hissəni 7 top öndə bitirib. Voleybolçularımız üçün ikinci set daha asan alınıb. “Azərreyl” hissəni 25:15 hesabı ilə aktivinə yazıb. Üçüncü setdə də “İnsbruk” məğlubiyyətdən qaça bilməyib və yenə 15:25 hesabı ilə uduzub.

 

Nəticədə qarşılıqlı razılaşmaya əsasən Bakıda keçirilən hər 2 matç “Azərreyl”in 3:0 hesablı darmadağını ilə başa çatıb. Komandamız növbəti mərhələdə CEV kubokunun 1/16 final mərhələsi çərçivəsində baş tutacaq “Köniz” (İsveçrə) – “Alba” (Rumıniya) cütünün qalibi ilə oynayacaq.

 

Çelenc Cup

II təsnifat mərhələsi, cavab oyunu
12 noyabr

 

"Azərreyl” (Azərbaycan) - "İnsbruk” (Avstriya) - 3:0 (25:17; 25:15; 25:15)

Hakimlər: Kristian Vanaveski (Estoniya), Boyan Bardiç (Xorvatiya)

Voleybol Mərkəzi

İlk oyun – 3:0 (25:10, 25:16, 25:18)

 

Qeyd edək ki, “Çelenc Cup”ın cütlərində qaliblər noyabrın 25-27-də bilinəcək.