09:20 12-11-2014
news_image
688
TOP OYUNLARI

Azərbaycanda cənubi amerikalı bombardir

Qadın voleybolçular arasında “Çelenc Cup”ın II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “İnsbruk” (Avstriya) - “Azərreyl” (Azərbaycan) matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakıda baş tutan qarşılaşmanın ən məhsuldar oyunçusu nominal meydan sahiblərinin üzvü Rayçel Gerlinq olub.

 

Avstriyalıların əsas silahı komandasına 15 xal qazandırıb. Ən məhsuldar 5 voleybolçu arasında “Azərreyl”in 4 oyunçusu var. Onlardan ən məhsuldarı Peru millisinin hücumçusu Karla Kotitodu. Cənubi amerikalı Gerlinqdən 2 xal az toplayıb.

 

Vüqar Əliyevin digər yetirmələrindən Olqa Savençuk 12, Aynur Kərimova 11, Oksana Kovalçuk 8, Kseniya Pavlenko 5, Şəfaqət Həbibova 3 dəfə rəqibi məyus edib.

 

Qeyd edək ki, ilk görüşdə 3:0 hesabı ilə qalib gələn “Azərreyl” cavab oyununa bu gün çıxacaq.