18:14 12-11-2014
news_image
625
TOP OYUNLARI

Savençukdan Azərbaycan klubu üçün məhsuldarlıq - FOTO

Qadın voleybolçular arasında “Çelenc Cup”ın II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Azərreyl” (Azərbaycan) - “İnsbruk” (Avstriya) matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın bombardiri Olqa Savençuk olub.

 

Ukraynalı legionerimiz 17 dəqiq zərbə ilə hamını qabaqlayıb. Vüqar Əliyevin digər yetirmələrinə gəlincə, Oksana Kovalçuk 11, Aynur Kərimova 9, Yuliya Pşeniçnıxla Karla Kotito hərəyə 7, Kseniya Pavlenko 5 və Şəfaqət Həbibova 2 xal toplayıb.

 

“İnsbruk”un heyətində isə Rayçel Gerlinq yenə məhsuldarlığı ilə fərqlənib. İlk görüşdə 15 dəqiq zərbə ilə fərqlənən voleybolçu bu dəfə 9 xal yığıb.

 

Qeyd edək ki, “İnsbruk”a ilk matçda da 3:0 hesabı ilə qalib gələn “Azərreyl” 1/16 finala yüksəlib.