09:45 13-11-2014
news_image
488
TOP OYUNLARI

Katarjina Skovronska: Məğlubiyyəti unudub, öz üzərimizdə səylə çalışmalıyıq

“Ximik” servisdə çox yaxşı oynadı. Biz isə vəzifəmizin öhdəsindən gələ bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Katarjina Skovronska deyib.

 

Ulduz voleybolçu Çempionlar Liqasına uğursuz startdan danışıb. O bildirib ki, Polşanın “Ximik” klubuna 0:3 hesabı ilə uduzmalarında öz səhvləri rol oynayıb.

 

Skovronska artıq bu məğlubiyyəti unutmağın vacibliyini də deyib: “İlk hissədə qələbə qazana bilərdik, amma son nöqtəni qoya bilmədik. Hissəni qalib bitirsəydik, hər şey fərqli olacaqdı. Artıq bu oyun geridə qaldı. Məğlubiyyəti unudub, öz üzərimizdə səylə çalışmalı, növbəti matçlarda bunu sığortalamalıyıq. Həmçinin, mövsümün ilk oyunu idi və bundan sonra daha yaxşı oynayacağımıza inanıram”.