10:14 13-11-2014
news_image
485
TOP OYUNLARI

Dejan Brdjoviç: Görüşü ilk setdə uduzduq

“Rabitə”nin baş məşqçisi Dejan Brdjoviç Çempionlar Liqasının ilk turunda Polşa “Ximik”i ilə oyundan danışıb. Apasport.az saytının məlumatına görə, serbiyalı mütəxəssis 0:3 hesablı məğlubiyyətdə yetirmələrinin səhvlərinin rol oynadığını deyib.

 

O bildirib ki, komanda ilk setdə 7 topluq üstünlüyü əldən verməklə oyunu itirib: “Düşünürəm ki, görüşü ilk setdə uduzduq. Hesab 18:11 olana kimi biz yaxşı oynadıq. Bunun ardınca top qəbulunda səhvlərə yol verdik. “Ximik” buna 2 dəfə yol verdiyi halda, bizdə bu say 17 oldu. Təbii ki, belə səhvlər matçın nəticəsini müəyyənləşdirdi”.