10:31 13-11-2014
news_image
445
TOP OYUNLARI

“Azəryol”un qələbəsində pay sahibləri - FOTO

Qadın voleybolçular arasında Çempionlar Liqasının I turu çərçivəsində keçirilən “Azəryol” (Azərbaycan) – “Nant” (Fransa) oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin çətin qələbə qazandığı görüşün ən məhsuldar oyunçusu Ariel Tuner olub.

 

“Nant”ın hücumçusu komandamızı 21 dəfə məyus edib. “Azəryol”un heyətində isə Yovana Brakoçeviç səviyyəsini ortaya qoyub. Serbiyalı ulduz 19 xal toplayıb.

 

Aleksandr Çervyakovun digər yetirmələrindən Yelena Nikoliç 18, Odina Bayramova 17, Straşmira Filipova 14, Kseniya Pozniyak və Lora Kitipova hərəyə 5 dəqiq zərbə vurublar.

 

Qeyd edək ki, matç “Azəryol”un 3:2 hesablı qələbəsi ilə başa çatıb.