11:46 13-11-2014
news_image
479
TOP OYUNLARI

“Rabitə”də kim necə oynayıb?

Qadın voleybolçular arasında Çempionlar Liqasının ilk turu çərçivəsində “Ximik” (Polşa) – “Rabitə” (Azərbaycan) oyununun ən yaxşıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun 0:3 hesabı ilə uduzduğu matçın qəhrəmanları Malqorzata Qlinka ilə Ana Byeliça olub.

 

Hər 2 təcrübəli oyunçu komandamızdan 14 xal alıb. Azərbaycan çempionunun ən məhsuldar voleybolçusu isə Katarjina Skovronska olub. O, həmyerlilərini 11 dəfə məyus edib.

 

Bakı təmsilçisinin digər üzvlərinə gəlincə, Foluke Akinradevo 10, Yoana Palasio Mendoza 6, Aurea Kruz, Tori Dikson, Dora Horvat hərəyə 4, Salas Vilma Roselllə Nataşa Krsmanoviç hərəyə 2 xal qazanıblar.