12:56 13-11-2014
news_image
976
TOP OYUNLARI

Azərbaycan çempionatı üçün Türkiyədən Atıcı gəldi

Mövsümə iddialı başlayan “Lokomotiv” heyətinə yeni oyunçu qatıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Türkiyə millisinin müxtəlif yaş qruplarında 19 oyuna çıxan Tuğce Atıcını rənglərinə bağlayıb.

 

Karyerasına “Emlak TOKİ”də (2001-2002) başlayan, ardınca “İllər Bankası” (2002-2013) və “Ereğli Bələdiyyə” (2013-2014) klublarında oynayan 25 yaşlı toppaylayıcı ilə 1 illik müqavilə imzalanıb. Atıcının yeni mövsüm üçün “İdmanocağı”na keçidi gündəmdə olsa da, o son anda qərarını dəyişərək, “Lokomotiv”ə üstünlük verib.

 

184 sm boya malik oyun qurucusu BVA (Balkan Voleybol Assosiasiyaları) kubokunun sahibidir. O, 2014-cü ildə bu yarışda adından söz etdirə bilib. Yeri gəlmişkən, türkiyəli legioner “İllər Bankası”nda 4 il kapitanlıq sarğısı da daşıyıb.

 

CEV kubokuna və Super Liqaya uğurlu başlayan “Lokomotiv” Atıcının gəlişi ilə isə çexiyalı Sarka Kubinova ilə müqaviləni pozub. Bu, legionerin öz istəyi səbəbindən olub.

 

Qeyd edək ki, sabahdan komandanın məşqlərinə qatılacaq Tuğce noyabrın 15-də Azərbaycan Super Liqasının III turu çərçivəsində “Telekom”la oyunda debüt edə bilər.