13:13 14-11-2014
news_image
387
DİGƏR NÖVLƏR

“Synergy Baku” Çində

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" 2014-cü il mövsümündə sonuncu yarışında iştirak edir. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Çin turnesi çərçivəsində keçirilən daha bir yürüşdə - "Tour of Fuzhou"da mübarizə aparır. 3 mərhələli yarışda 17-si kontinental, 5-i isə milli olmaqla 22 kollektiv çıxış edir.

 

Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyasına malik yürüşdə bu gün 122 km-lik ilk mərhələyə yekun vurulub. Velosipedçilərimizin hamısı - Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç, Ənvər Asanov və İsmayıl İlyasov finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində olublar - 2 saat, 39 dəqiqə, 34 saniyə. Fotofinişə əsasən ən yüksək göstərici Averinə məxsusdur. O, 6-cı yeri tutub.

 

Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 133 km məsafə qət etməlidirlər.

 

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.